ABB-də kadr dəyişikliyi aktivləşir
«Azərbaycan Beynəlxalq Bankı” kadr dəyişikliyini aktivləşdirir. Toğrul Səfərov Belə ki, Toğrul Səfərov Suraxanı filialının müdiri təyin edilib. Buna qədər həmin vəzifəni Elton Hidayətov icra edib. Bu, sayca 13-cü təyinatdır.
Ötən ilin iyulunda ölkə prezidentinin ABB-nin sağlamlaşdırılması barədə fərmanından sonra Elmar Məmmədov İdarə Heyətinin sədri olandan sonra 5 paytaxt və 6 regional filialın, üstəgəl ABB-Moskva və ABB–Gürcüstanın rəhbərliyi dəyişib.
Xatırladaq ki, Elmar Məmmədov 2014-cü ilin sonundan Azər-Türk Bank İH-nin sədri olub, ordan ABB-yə gəlib.
«Azərbaycan Beynəlxalq Bankı” ASC 10 yanvar 1992-ci ildən fəaliyyət göstərir. Səhmlərinin 51,07%-i Maliyyə Nazirliyinə məxsusdur. --17D—
-
- Siyasət
- 20 Aprel 2016 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz