ABB dollar əmanətləri cəlb edir
«Azərbaycan Beynəlxalq Bankı» ASC öz saytında fiziki şəxslərin əmanətləri üzrə yeni faiz dərəcələrini yerləşdirib.
Əmanətlər 1 ildən 10 ilə qədər yerləşdirilə bilər. Maliyyə Bazarlarına Nəzarət Palatası dollar əmanətləri üzrə 3%-lik ödəniş tövsiyə edir. ABB xarici valyuta cəlb etmək üçün 2 ildən başlayaraq 3,25, 10 illik əmanətlərə 5,75% ödəyir. Manat əmanətləri üzrə maksimum ödəniş 11,75% (10 illik), minimal 8%-dir (1 il).
Nizamnamə kapitalı 1 mlrd 141,3 mln manat olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Əsas səhmdarı (51,07%) Maliyyə Nazirliyidir. Qalan 48,93% minoritar səhmdarlara məxsusdur. --17D—
-
- Söz istəyirəm
- 3 May 2016 12:52
-
- Cəmiyyət
- 3 May 2016 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz