ABB-nın islam bank məhsulları beynəlxalq sertifikasiyadan keçib
Azərbaycan Beynəlxalq Bankında (ABB) yaradılan və bu günə Azərbaycanda olan ilk və yeganə İslam Pəncərəsi müştərilərə xidmət göstərməyə başlayıb.
Bankın təklif etdiyi xidmətlər spektrinə islam bankinginin İcarə – ənənəvi lizinqin analoqu, məhsulları, Vəkalə depozit – ənənəvi depozitin analoqu, islam bank kartları, Hard Həsən hesablarının açılması xidmətləri daxildir.
ABB-nın İslam Bankingi departamentinin direktoru Bəhnam Qurbanzadənin verdiyi məlumata görə, dünya təcrübəsinə əsasən, ABB-nın yuxarıda qeyd olunan məhsulları Dubai Islamic Bank tərəfindən yaradılan Dar al Sharia müstəqil şəriət maliyyə-hüquqi məsləhətçi şirkətin müvafiq sertifikasiyasından keçib.
Beləliklə, bu xidmət növlərinə görə ABB-nın İslam Bankingi departmenti tərəfindən təqdim edilən bütün prosedur və sənədlər aparıcı islam maliyyə tənzimləyicisi olan AAOIFI (Accounting and Auditing Organization for Islamic Financial Institutions) tərəfindən müəyyən edilən müvafiq standartlara uyğundur. --15D--
-
- Cəmiyyət
- 8 Aprel 2013 14:14
-
- İqtisadiyyat
- 8 Aprel 2013 15:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz