ARDNŞ və UOP avtobenzin istehsalını artırmaq istəyir
Neçə ildir Azərbaycanda avtomobil benzininə tələbat artır. 2012-ci ildə daxili bazara 1 mln 282 min ton avtomobil benzini tədarük edilib. 2011-ci ildə bu həcm 1 mln 179 min ton, 2010-cu ildə 1 mln ton olub.
Bu tendensiya davam etsə, yanacaq qıtlığı yarana bilər. Bu barədə jurnalistlərə ARDNŞ vitse-prezidenti Davud Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda ARDNŞ daxili tələbatı tam təmin edir. Amma bu məhsulun ixracı praktik olaraq dayanıb.
2013-cü ilin I rübündə Azərbaycan 4,470 min ton avtomobil benzini ixrac edib. Əvvəlki illə müqayisədə bu göstərici 4,29 dəfə azalıb. Fevralda ixrac əməliyyatı olmayıb.
ARDNŞ vitse-prezidenti bildirib ki, indi benzin istehsalının artırılması üçün tədbirlər görülür və onu 2 mln-dan 3 mln-a çatdırmaq planlaşdırılır.
"Bu il layihə hazırlanacaq, 2014-cü ildə icrası başlanacaq və 2015-ci ildə başa çatacaq. Layihəni Amerikanın UOP şirkəti hazırlayır. O, katalitinq krekinqdə dünya lideridir", - deyə Məmmədov bildirib. Bundan sonra xammal emalı 1 mln ton, benzin istehsalı 450 min tonadək artacaq, deyə vitse-prezidenti bildirib.
2012-ci ildə Azərbaycanda 1 mln 296,6 min ton avtomobil benzini istehsal edilib. Bu, 2011-ci ildəkindən 0,1% çoxdur. --12В--
-
- İqtisadiyyat
- 8 Aprel 2013 14:21
-
- İqtisadiyyat
- 8 Aprel 2013 15:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz