ABB-nin kapitalı 2015-ci ildə artırılacaq
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kapitallaşması bu il də davam etdiriləcək. 2013-cü ilin oktyabrında səhmdarlar nizamnamə kapitalının 500 mln manat artırılması barədə dörd illik konsepsiya qəbul ediblər.
Dövlət başçısının 2015-ci ilin dövlət büdcəsinin tətbiqi haqqında fərmanına əsasən, dövlətin nəzarət etdiyi müəssisələrin sağlamlaşdırılması və nizamnamə kapitalının artırılmasına 116 mln manat yönəldiləcək. Ekspertlərə görə, söhbət ilk növbədə ABB-dən gedir, çünki digər bu tip müəssisələr kapital artımı üçün dövlət büdcəsinin ayrıca maddələri ilə yardım alacaq. İndiyədək ABB-nin nizamnamə kapitalının artırılması üçün vəsait Nazirlər Kabinetinin Ehtiyat Fondundan cəlb edilirdi.
ABB-nin nizamnamə kapitalının artırılması konsepsiyası 2015-ci ildə investorlardan, o cümlədən dövlətdən 100 mln manat cəlb edilməsini nəzərdə tutur. İstisna olunmur ki, kapital 200 mln manat artırılsın. Bunun 50%-i Maiyyə Nazirliyi təmin edəcək.
ABB-də sonuncu müstəqil audit 2014-cü ilin I yarısını əhatə edib. Ona əsasən, nizamnamə kapitalı 563 295 000 manat, məcmu səhmdar kapitalı 705 mln manat olub.
2014-cü il iyulun 1-i üçün ABB-nin aktivləri 8,7 mlrd manat olub. Bankın aktivlərinin ölkə bankları (22 mlrd 569.8 mln manat) arasında xüsusi çəkisi 38,5% təşkil edib. 08B
-
- Cəmiyyət
- 7 Yanvar 2015 12:58
-
- İqtisadiyyat
- 7 Yanvar 2015 13:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz