ARDNŞ 2014-cü ildə Ceyhanda neft yüklənməsini 4% artırıb
Dövlət Neft Şirkəti 2014-cü ildə Ceyhan limanından 20 mln 483,248 min ton Azərbaycan nefti göndərib. Bu, 2013-cü ildəkindən 3,7% çoxdur.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, 2014-cü ilin dekabrında Ceyhan limanından 2 mln 194,3 min ton neft yüklənib.
ВТС-nin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Kəmərin buraxılış qabiliyyəti ildə 60 mln tondur.
Layihə iştirakçıları bunlardır: BP (30.1%); ARDNŞ (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO (6.53%); ENI (5.00%); Itochu (3.40%); ConocoPhillips (2.50%); INPEX (2.50%), Total (5.00%) və ONGC (2.36%).
-
- İqtisadiyyat
- 7 Yanvar 2015 13:01
-
- Cəmiyyət
- 7 Yanvar 2015 13:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz