ABB-nin səhmlərinin yerləşdirilməsi üzrə ilk əqdlər bağlanılıb
13 sentyabrda Bakı Fond Birjasında Azərbaycan Beynəlxalq Bankının növbəti səhm emissiyasının yerləşdirilməsi üzrə 6 əqd bağlanılıb. Ümumi yerləşdirmə həcmi 6256 manatdır.
ABB-nin səhmlərinin yerləşdirilməsinə bu ilin iyununda başlanılıb və 2013-cü ilin iyunundan gec olamyaraq başa çatacaq. Mövcud səhmdarlar (1800-dən çox fiziki və hüquqi şəxs) 10 ayda nizamnamə kapitalında proporsional payını ala bilər.
ABB-nin nizamnamə kapitalı 240 mln manatdır. Dövlət bankda 50,2% paya malikdir. Bankın yeni səhm emissiyası 100 mln manatdır. Maliyyə Nazirliyi vaxtından əvvəl öz payını alıb. Ona görə emissiyanı baş tutmuş saymaq olar.
Qeyd edək ki, ABB səhmlərinin qeyri-rəsmi bazar qiyməti 18 qəpik, nominal qiyməti 24 qəpikdir. Sentyabrda bankın nominalı 20 qəpik olan səhmlərinə 1,60 manat verirdilər.
-
- İqtisadiyyat
- 17 Sentyabr 2012 15:16
-
- Cəmiyyət
- 17 Sentyabr 2012 15:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz