Mərkəzi Bankdan alınan kreditlər üzrə öhdəliklər iyulda 0,3% artıb
Bank sisteminin Azərbaycan Mərkəzi Bankından alınan kreditlər üzrə öhdəlikləri iyulda 7 mln manat və ya 0,3% artaraq 2280 mln manat olub. İllik müddətdə bu göstərici 293,3 mln manat vəya 15%, ilin əvvəlindən 247,7 mln manat və ya 12,2% artıb.
AMB-nin məlumatına əsasən, ötən ilin iyulundan mərkəzləşdirilmiş kreditlər illik 5,25% dərəcə ilə verilir.
İyulun sonu üçün AMB-nin mərkəzləşdirilmiş resursları bankların maliyyə sektorundan cəlb etdiyi bütün vəsaitlərin 50,4%-i və bank sisteminin bütün öhdəliklərinin 17,9%-i qədər olub. Maraqlıdır ki, 4 il əvvəl – 1 avqust 2008-ci ildə dünya böhranı təzəcə hiss ediləndə AMB-nin kreditlərinin payı cəmi 114,6 mln manat və ya bankların ümumi öhdəliklərinin 1,5%-i qədər idi. --15В--
-
- İqtisadiyyat
- 17 Sentyabr 2012 15:14
-
- İqtisadiyyat
- 17 Sentyabr 2012 15:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz