Kassa dövriyyəsi kəsiri 7 ayda $1 mlrd olub
2012-ci ilin yanvar-iyulunda bankların kassalarına ümumi nağd vəsait mədaxili 17,589 mlrd manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2% çoxdur.
Daha çox payı xarici valyuta satışı təmin edib – 32,3%. Mal satışı 16,8%, kreditlər üzrə mədaxil 8%, bankomatlar vasitəsilə mədaxil 4,9%, xidmət və işə görə mədaxil 4,1%, əmlak alınan zaman notarial hesablara mədaxil 3,9%, depozit hesablarına mədaxil 3,5% və s. paya malik olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, kassa dövriyyəsinin kəsiri 835 mln manat (iyulda +243 mln manat) təşkil edib. Nağd pul xərcləri hesabat dövründə 18,424 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 37,8% çoxdur. Ümumi xərclərdən 28,4% mal və xidmət xərcləri, 27% bankomatların pulla təchizatı ilə bağlı xərclər, 10,6% xarici valyuta alışı xərcləri, 6,2% kreditlər üzrə ödəniş, 4,9% əmlak əqdləri üzrə notarial hesablardan xərclər, 3,1% depozit hesabından ödənişlər və s. olub.
7 ayda kassa qalığı 315 mln manat olub. Bu, həmin dövrdəki nağd mədaxilinin 1,8%-dir. Günlük nağd pul mədaxilinin orta həcmi 82,578 mln manat, xərclərin orta həcmi 86,499 mln manat olub. --15B--
-
- İqtisadiyyat
- 17 Sentyabr 2012 15:12
-
- İqtisadiyyat
- 17 Sentyabr 2012 15:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz