İyulda bank kartları azalıb
İyulda ilk dəfə Azərbaycan banklarının dövriyyədə olan aktiv plastik kartlarının sayı azalıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 1 avqust üçün aktiv bank kartı sayı 4808 min olub. Bu, ötən aydakından 18 min azdır. İllik artım 8,6% olub.
Yanvar-iyulda kart sahibləri 4883 mln manatlıq 32129 min əməliyyat keçiriblər. Ödənişlərin ümumi sayı 8,7%, onların həcmi 23,7% artıb. Kredit kartları ilə əməliyyat sayı 39,5% artaraq 2131 min, dövriyyə 34,5% artaraq 561 mln manat olub.
Kart əməliyyatlarının əsas hissəsi yenə bankomatların payına düşüb – 4279 mln manatlıq 27746 min tranzaksiya. Bunun 98,6%-i nağd pul çıxarılması əməliyyatıdır.
Kartlara xidmət 2195 bankomat və 36523 POS-terminal vasitəsi ilə həyata keçirilib. İl ərzində birincilərin sayı 9,6%, ikincilərinki 3,2 dəfə artıb.
1 avqust 2012-ci il üçün Bakıda 1225 АТM və 33340 POS-terminal qurulub. Xidmət sahəsi obyektlərində 34989 POS-terminal fəaliyyət göstərir, onların 32463-ü Bakıdadır. --15В--
-
- Foto sessiyalar
- 17 Sentyabr 2012 15:01
-
- İqtisadiyyat
- 17 Sentyabr 2012 15:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz