ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Sumqayıtda olub
Bu gün ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Sumqayıtda olub və yerli administrasiya, vətəndaş cəmiyyəti təmsilçiləri, təhsil mübadilə proqramı məzunları və ABŞ Sülh korpusunun könüllüləri ilə görüşüb. Sumqayıt ŞİH başçısı Əzizov və QHT təmsilçiləri ilə görüşdə əsas müzakirə mövzularından biri seçkiöncəsi vəziyyət olub. «ABŞ Azərbaycandakı seçkilərə böyük əhəmiyyət verir, seçki günü elan edilən kimi səfir Mornnqstar bunu ifadə edib. Bizdə belə bir deyim var ki, seçki yalnız seçki günündə baş vermir. Seçki əslində mahiyyət etibarilə həm də seçkiyə aparan müddətdir. İnanırıq ki, Azərbaycanda seçki demokratik olacaq», deyə Hoqan Turan-a bildirib.
Sumqayıtdakı ABŞ Təhsil Mərkəzində təhsil mübadilə proqramı məzunları ilə görüş keçirilib. Məzunlar öz təəssüratları və topladıqları təcrübə barədə danışıblar.
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Sumqayıt Texnologiyalar Parkında da olub, onu şəhərin sənaye və iqtisadi potensialı ilə tanış ediblər. 08C
-
- İqtisadiyyat
- 20 Avqust 2013 15:37
-
- İqtisadiyyat
- 20 Avqust 2013 16:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz