Azərbaycanda Roshen məhsulları qadağan edilməyəcək
Azərbaycanda RF və Ukraynanın sanitar-gömrük çəkişməsi fonunda Roshen məhsulları qadağan edilməyəcək.
Bakıda bu məhsullar maneəsiz satılır, - deyə şirkət təmsilçiliyində Turan-a bildiriblər. Ölkədə Kiyev qənnadı məmulatlarına tələbat var (cəmi 200 növ). Ukrayna səfirliyində Turan-a bildiriblər ki, hətta Rusyanın yaxın müttəfiqləri (Belraus, Qazaxıstan, Tacikistan və Moldova) şokoladlarda benzopiren (zəhərli maddə) tapmayıblar. Ukrayna kənd təsərrüftaı nazirinin RG baş sanitarı ilə görüşündə bütün problemlər həll edilib və bu mallar Rusiyada satılacaq.
Azərbaycanda sovet dövrünün məşhur "Rot Front", "Rusiya" və s məhsullarındansa Ukrayna məhsullarına daha çox tələbat vardı.
İqtisadi Tədqiqatlar Mərkəzinin banisi Qubad İbadoğlu bildirib ki, siyasi yaxınlığa görə iqtisadi qadağa doğru deyil.
Roshen korporasiyası Candy Industry Top reytinqinə görə dünyada 18-ci yerdədir. İllik istehsal həcmi 450 min tondur. Şirkət sahibinin Forbes-ə görə $1,6 mlrd vəsaiti var. RF-in sanksiyasından sonra şirkət ayda $17 mln itirir. Dövlətstatkoma görə, 2012-ci ildə Ukraynadan Azərbaycana idxal $539 mln 89,7 min olub. Ərzağı payı bu həcmdə 23%-dir. İnişil Azərbaycana 23 min 327,9 ton şokolad, 5 min 397,6 ton peçenye, 2 min ton vafli gətirilib. Bu dövrdə yerli fabriklər 46,9 min ton qənnadı məmulatı istehsal edib, - deyə DSK-da Turan-a bildiriblər. --17D—
-
- Cəmiyyət
- 20 Avqust 2013 15:26
-
- İqtisadiyyat
- 20 Avqust 2013 15:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz