Abşeronda özəlləşdirilən müəssisəyə 1 mln manat qoyulacaq
Əmlak Məsələləri Dövlət Komitəsi iki aylıq sükutdan sonra “Ceyranbatan Polimer Materialları” ASC-nin səhmlərinin 99,88%-nin satışı üzrə investisiya müsabiqəsinin nətivcələrini elan edib.
Müsabiqə komissiyası sentyabrın 19-da “Xəzər-M Qaz” MMC-nin xeyrinə qərar çıxarıb, deyə ƏMDK bildirir. Bəlkə də, bu müəssisəni almaq üçün yaradılan (qeydiyyat tarixi 25 may 2014-cü il) şirkət iki ildə 1 mln vəsait qoyacaq.
ƏMDK-nin məlumatına əsasən, əvvəllər “Azərsutikinti” ASC-nin yanında fəaliyyət göstərən Ceyranbatan Polimer Materialları zavodunun profili dəyişdirilir. Burda sənaye və texniki qaz istehsal ediləcək.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib 300 000 manat məbləğin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürüb. Bu, şirkətin əldə etdiyi səhmlərin nominalının (961,7 min manat) 31,1%-dən çoxdur.
“Ceyranbatan Polimer Materialları”nda 20 işçi var. İnvestor 55 yeni iş yeri açacaq. Əmək kollektivinin 20 üzvündən səhmlərin 15%-ə abunədə 19 nəfər iştirak edib. Onlar 972 manata səhmlərin 0,12%-i alıb. 08D
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 12:41
-
- Siyasət
- 19 Noyabr 2014 13:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz