10 ayda Azərbaycan neftinin orta ixrac qiyməti $108,64 olub
Azərbaycan 2014-cü ilin yanvar-oktyabrında 28 mln 225 min 333,7 ton neft ixrac edib.
Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin on ayında Azərbaycan neftinin orta ixrac qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% düşüb.
DGK-nın sayğaclarına görə, hesabat dövründə BTC ilə 23 mln 57 min 492,4 ton neft, Bakı-Supsa ilə 3 mln 563 min 963,8 ton, Bakı-Novorossiysklə 848,519 min ton, dəmir yolu ilə 755 min 358,5 ton neft ixrac edilib.
Bu dövrdə ixrac edilən neftin bəyan edilən həcmi $16 mlrd 295 mln məbləğində 20 mln 268 min 46,1 ton olub.
Bu məlumatlara istinad edərək Turan hesablayıb ki, 10 ayda Azərbaycan neftinin orta ixrac qiyməti 1 barrel üçün $108,64 olub. –12B--
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 12:26
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 12:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz