Daşınmaz əmlak hüququnun qeydiyyatı 17,4% artıb

Bu ilin 10 ayı ərzində Azərbaycanda 168 min daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 17,4% çoxdur. Əmlak Məsələləri Dövlət Komitəsində bu tendensiyanı daşınmaz əmlakla əməliyyatların 70%-nin həyata keçirildiyi regionlarda daşınmaz əmlak bazarının canlanması ilə əlaqələndirirlər.

DƏMK-nin məlumatına görə, əsas qeydiyyat obyekti torpaq sahələridir – təxminən 79 min. Bu, ötən ilin eyni dövründən 37% çoxdur. Daha sonra çoxmənzilli binalarda mənzillər – 46,6 min, fərdi evıər və bağ sahələri gəlir - 34,4 min. (+15%). Qeyd olunan dövrdə 3 min qeyri-yaşayış sahəsi və 3,9 min yaşayış üçün nəzərdə tutulmayan binalar  üzərində mülkiyyət hüququ qeydiyyata alınıb.

Ilk dəfə olaraq 47,3 min daşınmaz əmlak obyektinin mülkiyyət hüququ üçün sənədlər təqdim edilib, bu da ötən ildən 19% çoxdur.

Qeyri-rəsmi məlumata görə, Azərbaycanda icazə prosedurlarını keçmədən tikilən və sahiblərinin onların üzərində mülkiyyət hüqu1u olmayan 0,5 mln-dan çox daşınmaz əmlak obyekti var. Bir neçı il əvvəl dövlət başçısı hökumətə bu problemlə məşğul olmağı və mümkün qədər onu həll etməyi tapşırdı. Müvafiq qanun layihəsi hazırlandı. Ancaq sonradan hökumətdə bu problemi “unutdular”. 08D

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti