ABTM oktyabrda 15 tematik kurs keçirəcək
Bu il üçün tədris planına uyğun olaraq Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) oktyabrda 15 ixtisaslaşdırılmış kurs keçirəcək.
Mərkəzdən Turan-a verilən məlumata görə, burada investisiya biznes planlarının hazırlanması və analizi, filialların idarə edilməsi, maliyyə qiymətləndirməsi, satış texnikası, risklərin idarə edilməsi, insan resurslarının idarə edilməsinin hüquqi təminatı, nağd və nağdsız əməliyyatlar, biznes ünsiyyət və danışıq aparma vərdişi, gəlir və xərclərin analizi, layihələrin idarə edilməsi, keyfiyyətin idarə edilməsi sistemi (İSO 9001:2008) və s. üzrə təlimlər keçiriləcək.
Mühazirə və məşğələləri yerli ekpertlər keçirəcək. --15B--
-
- İqtisadiyyat
- 3 Oktyabr 2012 13:25
-
- Cəmiyyət
- 3 Oktyabr 2012 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz