Accessbank xalis mənfəəti iki dəfə artırıb
"Accessbank" ASC 2013-cü ilin I yarısında vergi ödəniləndən sonra 16,09 mln manat xalis mənfəət əldə edib. Bu, 2012-ci ilin eyni dövründəkindən 2,2 dəfə çoxdur. Bankın gəlirləri 63,33 mln manat, xərcləri 46,19 mln manat olub. Onlar 33% və 17% artıb.
Yanvar-iyunda aktivlər 24,4% artaraq 654,27 mln manat təşkil edib. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 25,3% artaraq 513,3 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 416,73 mln-dan 533,37 mln manata artıb. Depozit portfeli 25,4% genişlənərək 168,94 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 26,3% artaraq 116,13 mln manat olub.
Balans kapitalı 10,7% artaraq 120,9 mln manat, məcmu kapital 8% artaraq 110,27 mln manat olub. Ödənilmiş nizamnamə fondu 85 mln manat səviyyəsində qalıb. --15B--
-
- Siyasət
- 7 Avqust 2013 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz