Sumqayıt Kimya Sənaye Parkı üzrə investisiya layihələrinin qiymətləndirilməsi 10 meyarla olacaq
İqtisadi İnkişaf Nazirliyi “Hüquqi və fiziki şəxslərin investisiya layihələrinin tələb olunan meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydaları”nı hazırlayıb. Ondan Sumqayıt Kimya Sənaye Parkına investor cəlb edilərkən istifadə ediləcək. Hazırda Parkın rəhbərliyinə 20-yə yaxın investisiya təklifi daxil olub
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətində Turan-a bildiriblər ki, üzrə investisiya layihələrinin qiymətləndirilməsi 10 meyarla olacaq. Bunların sırasında investisiya layihəsinin regional əhəmiyyəti, məhsul istehsalı (iş və xidmətlərin göstərilməsi) üzrə müasir texnologiyaların tətbiqi, məhsulların innovasiya və ixrac yönümlülüyü, iqtisadi səmərəliliyi, rəqabət mühitinin gücləndirilməsinə təsiri və digər amillər var.
Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən, polimerlərin istehsalını nəzərdə tutur.
«Sumqayıt Kimya Sənaye Parkı» MMC 2011-ci ilin dekabrında yaradılıb. Nizamnamə kapitalı 500 000 manatdır. Parkın fəaliyyəti üçün 167,6 ha sahə ayrılıb. 08D
-
- İqtisadiyyat
- 7 Avqust 2013 14:39
-
- İqtisadiyyat
- 7 Avqust 2013 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz