AÇG-də hasilat azalır, xərclər artır
Bu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində 122 mln barrel или 16,4 mln ton neft çıxarılıb. Orta sutkalıq hasilat 672 min barrel olub. Bu barədə beynəlxalq konsorsium məlumat verir.
2012-ci ilin yanvar-iyununda AÇG-də 124,5 mln barrel və ya 16,8 mln ton neft çıxarılmışdı. Onda orta sutkalıq hasilat 684 min barrel idi. Bu rəqəmlərdən çıxış etsək, bu ilin I yarısında AÇG-də hasilat 2,4% və ya sutkada 12 min berrel azalıb.
Amma AÇG çərçivəsində xərclər $150 mln artıb. I yarımildə layihə çərçivəsində $1 mlrd 705 mln xərclənib. Bu ilin I yarısında beynəlxalq konsorsium əməliyyat xərclərinə $374 mln, kapital xərclərinə $1 mlrd 331 mln yönəldib.
Bu ilin I yarısında AÇG-də hasilat 2,4% azalıb, amma xərclər artıb. Demək, 2010-cu ildəki hasilat pikindən sonra hasilat xərcləri artır.
Rəsmi Bakı bu tendensiyaya reaksiya vermir, hərçənd bi il əvvəl prezident İlham Əliyev bu məsələdə BP-ni günahlandırdı. Əliyev hətta 8 mlrd ziyandan danışdı. Sonradan bu bəyanat etibarsız hesab edildi, münasibətlərin yaxşı olduğu bildirildi. --12В--
-
- İqtisadiyyat
- 7 Avqust 2013 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz