"AccessBank"dan yenilik
"AccessBank" yeni "myAccess" internet bankçılıq xidmətini istifadəyə verib.
Bankın press-relizində verilən məlumata görə, yeni “myAccess” xidməti Mərkəzi Avropada internet bankçılıq sistemlərinin hazırlanması üzrə aparıcı şirkətlə birlikdə işlənib hazırlanıb. Bu təchizatçı daha əvvəl bu cür layihələri dünyanın iri bankları üçün həyata keçirərək onlara yerli bazarlarda internet bankçılıq üzrə aparıcı mövqe tutmağa imkan yaradıb.
“myAccess” xidmətinin uğurla istifadəyə verilməsi bir daha göstərir ki, hətta bazarda hökm sürən hazırkı mürəkkəb şəraitə rəğmən, "AccessBank" çoxsaylı müştərilərin artan tələbatlarını qarşılamaq məqsədi ilə onlara elektron bankçılıq üzrə ən qabaqcıl xidmətlər təklif etmək üçün müasir bank texnologiyasına sərmayə yatırmaqda davam edir”, - deyə bankın İdarə Heyətinin sədr müavini Anar Həsənov bildirib.
"AccessBank" 2002-ci ildə fəaliyyətə başlayıb. Səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, Almaniya "LFS Financial Systems GmbH" konsaltinq şirkəti və "AccessHoldinq"dir. --17D—
-
- İqtisadiyyat
- 12 Oktyabr 2015 16:15
-
- Cəmiyyət
- 12 Oktyabr 2015 17:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz