Gələn ildən Azərbaycan beynəlxalq AVSMMİS çərçivəsində xidmətə başlayacaq
İcbari Sığorta Bürosu “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərəcək.
1 yanvar 2016-cı il tarixindən Azərbaycan “Yaşıl Kart” (Green Card) sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olacaq. “Yaşıl Kart” sisteminin Cənub-Şərq Qrupuna 12 ölkə daxildir: Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Keçmiş Yuqoslaviya Makedoniya Respublikası, Yunanıstan, İran, İsrail, Moldova, Rumıniya, Serbiya və Türkiyə.
Məlumatda vurğulanır ki, 8-9 oktyabr tarixlərində Sarayevoda “Yaşıl Kart” sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupunun 19-cu Regional İclası keçirilib. İclasda İSB-nin nümayəndələri də iştirak ediblər. Görüşdə İSB-nin icraçı direktoru Elxan Quliyev Azərbaycanın “Yaşıl Kart” sistemində iştirakı və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta bazarındakı vəziyyətlə bağlı təqdimatla çıxış edib.
Xatırladaq ki, Azərbaycan 2015-ci ilin may ayından “Green Card” Büro Şurasına tranzit üzv kimi qəbul edilib. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulur və bu dövr ərzində büronun fəaliyyəti Büro Şurası tərəfindən diqqətlə yoxlanılacaq. Tranzit dövrü başa çatdıqdan sonra tamhüquqlu üzvlüyə dair qərar qəbul ediləcək
“Yaşıl Kart”a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Ölkədəki 27 sığorta şirkətindən 15-i İSB-nin üzvüdür. Onların 11-i AVSMMİS üzrə xidmət göstərir. --17D—
-
- İqtisadiyyat
- 12 Oktyabr 2015 15:54
-
- İqtisadiyyat
- 12 Oktyabr 2015 16:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz