ADA və PASHA Bank tələbələr üçün kredit proqramı təsis edib
ADA” Universiteti və PASHA Bank 2016/2017-ci tədris ilindən başlayaraq təhsil haqqına yeni güzəştlər və yeni tələbə krediti imkanları təklif edir.
Bakalavrlara 9 illik, magistrantlar üçün 5 illik kredit verilir. İllik faiz dərəcəsi tələbələrin akademik göstəricilərindən asılı olaraq 7%-dədir.
universitet qəbul imtahanlarında yüksək bal toplayan tələbələri həvəsləndirmək məqsədilə qəbul balına əsasən təqaüd proqramını da elan edib. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda 690-700 bal toplamış abituriyentlərə 100 faiz, 660-689 bal toplamış abituriyentlərə 40 faiz, 640-659 bal toplamış abituriyentlərə 30 faiz, 620-639 bal toplamış abituriyentlərə isə bir semestr müddətinə təhsil haqqına 20 faiz güzəşt olunacaq. “PAŞA Bank” ilə tərəfdaşlıqda hazırlanan bu təhsil krediti proqramının məqsədi universitetin tədris etdiyi ixtisaslara ölkəmizin bütün regionlarından ən istedadlı gənclərin cəlb edilməsidir.
Universitetdə təhsil haqqı 6 min manat və daha çoxdur. Bu, ölkə üzrə göstəricidən yüksəkdir.
Universitetdə təhsil ingiliscədir. Orta məktəblərdə bu dil çox pis öyrədilir. İngiliscəsi zəif tələbələrə EAPP (English for Academic Purposes Program) proqramı ilə əlavə dərs təklif edilir.—0--
-
- Siyasət
- 4 Avqust 2016 11:05
-
- İqtisadiyyat
- 4 Avqust 2016 12:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz