Adambaşına istehlak xərcləri 6,1% artıb
2014-cü ildə Azərbaycanda adambaşına istehlak xərcləri 234,9 manat olub. Bu, ötən ilkindən 6,1% çoxdur. 2008-ci illə (114,6 manat) müqayisədə istehlak xərcləri 2 dəfə artıb. Bu göstəricilər ev təsərrüfatlarının araşdırılması nəticəsində müəyyən olunub.
İstehlak xərclərində ərzağın xüsusi çəkisi (95,7 manat) ötən il 40,7% olub. Bundan başqa, əhali siqaret və alkoqollu içkilərə ayda 3,7 manat xərcləyib.
Adambaşına kommunal xərclər (elektrik enerjisi, qaz, su, yanacaq) 2008-ci illə müqayisədə 2 dəfə artaraq 2014-cü ildə ayda 17,3 manat olub.
Səhiyyə və təhsil xərcləri 2008-ci illə müqayisədə 3 dəfə artaraq 2014-cü ildə ayda 11,5 və 4,6 manata çatıb.
2014-cü ildə vətəndaşlar istirahət və mədəni tədbirlərə ayda 10,3 manat və mehmanxana və ictimai iaşəyə 2 dəfə çox xərcləyib. Dövlətstatkoma görə, istirahət xərcləri 2008-ci illə müqayisədə 3,6 dəfə, mehmanxana və ictimai iaşə xərcləri 2,8 dəfə artıb. 08D
-
- Cəmiyyət
- 2 Sentyabr 2015 19:56
-
- İqtisadiyyat
- 3 Sentyabr 2015 11:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz