ADY-nin reytinqi hökumətin uğurlarına bağlanıb
"Standard & Poor's" kredit reytinqləri xidməti "Azərbaycan Dəmir Yolları" QSC-yə "BB+" uzunmüddətli kredit reytinqi verib.
Agentlik bildirir ki, reytinq proqnozu “sabit”dən «mənfi»yə dəyişilib.
Ekspertərə görə, Azərbaycanın suveren reytinqi düşəndən sonra yenilənib. Çünki belə strukturları hökumət maliyyələşdirir. ADY-nin öz kredit qabiliyyəti yüksək deyil, - deyə «Standard & Poor's» hesab edir.
Digər tərəfdən, SC şirkət Azərbaycan hökuməti üçün çox vacib rol oynayır, Azərbaycanın infrastrukturunun inkişafı üzrə ölkə hökumətinin prqoramlarının reallaşdırılmasında müstəsna rol oynayır.
S&P reytinq proqnozunun “sabit”dən «mənfi»yə dəyişilməsini onunla izah edir ki, müvafiq tədbirlər görülməsə, neftin ucuzlaşması mənfi nəticələr verə bilər. Azərbaycanın suveren reytinqi “sabit”ə dəyişsə, şirkət üzrə proqnoza yenidən baxıla bilər. --17D—
-
- İqtisadiyyat
- 14 Fevral 2015 10:01
-
- İqtisadiyyat
- 14 Fevral 2015 10:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz