Paşa Sığorta «AİŞ» ASC əməkdaşlarını sığortalayacaq
Azərbaycan İnvestisiya Şirkətinin əməkdaşlarını tenderdə qalib gələn “Paşa Sığorta” sığortalayacaq.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, 25 əməkdaşın sığortası 11 min 250 manata başa gələcək. AİŞ-in nizamnamə kapitalı 160 mln manatdır və 2006-cı ildə yaradılıb. Məqsəd qeyri-neft sektoruna dəstəkdir. Amma şirkət təyinatı üzrə işləmir, illik maliyyə hesabatı açıqlamır, kapital resursları və dividendlər barədə informasiya yoxdur.
2012-ci ildə AİŞ iki layihədən çıxıb. Onlarda 25% payı vardı («Səngəçal terminalı» və «Azərduz) Əqdlərin həcmi açıqlanmır. Bu şirkətlərdə AİŞ-in $9 mln və $2,9 mln payı vardı.
AİŞ-in aktiv investisiya siyasəti 2011-ci ildə dayandırılıb. Hazırda şirkətin «Holcim (Azerbaycan)» (10%), «Səba» (25%) , «Xəzər Beynəlxalq İnvestisiya Şirkəti» (24,1%), «Milk-Pro» (20%), «Ağstafa Aqrotexservis» (25%), «Azərtoxum» (17,46%), «Bakı Gəmiqayırma Zavodu»nda (10%) payı var. --17D-
-
- İqtisadiyyat
- 14 Fevral 2015 10:05
-
- Siyasət
- 14 Fevral 2015 10:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz