ADY və Stadler Group arasında elektrik qatarlarının alınmasına dair müqavilə həyata keçirilib
“Azərbaycan Dəmir Yolları” QSC KISS ikimərtəbəli sərnişin elektrik qatarlarının müqavilə üzrə bütün partiyasını alıb. Qatarlar İsveçrənin Stadler Group şirkətinin Minskdə yerləşən zavodunda (Stadler Minsk) sifariş edilib.
Ödənilən müqaviləyə görə, ötən il mayın 30-dan başlayaraq 4 vaqondan ibarət 5 qatar gətirilib və sınaqdan keçirilib. Qatarlar 919 sərnişin üçün nəzərdə tutulub. Bura 396 oturacaq və hətta biznes sinfə aid 84 yer daxildir.
Xatırladaq ki, ADY və Stadler Group arasında 70 mln. avro dəyərində müqavilə ötən il mayın 13-də imzalanıb. Vəsait 20 il ərzində hissə-hissə ödəniləcək.--17D—
-
- İqtisadiyyat
- 18 İyun 2016 12:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz