«AFB» bankda depozitlər 32,2% azalıb
2016-cı ildə “AFB” bankın aktivləri 2015-ci illə müqayisədə 8 mln. 284 min manat və ya 2,68% azalaraq 300 mln. 446 min manat təşkil edib.
Turan məlumat verir ki, hesabat dövründə bankın aktivləri 219 mln. 311 min manatadək (-13 mln. 53 min manat və ya 5,61%) azalıb.
“AFB” bankda depozitlər 45 mln. 985 min manat və ya 32,2% azalaraq 96 mln. 723 min manat təşkil edib. Hüquqi şəxslərin tələbli depozitləri 46 mln. 861 min manat, fiziki şəxslərin tələbli depozitləri 16 mln. 679 min manat təşkil edib.
“AFB” bankda hüquqi şəxslərin müddətli depozitləri 26 mln. 151 min manat, fiziki şəxslərin isə 7 mln. 31 min manat təşkil edib.
Sözügedən müddətdə “AFB” bankın kapitalı 81 mln. 134 min manat (artım 4 mln. 768 min manat və ya 6,24%) təşkil edib.
Bank 2016-cı ili 2 mln. 554 min manat mənfəətlə başa vurub.
Bankın nizamnamə kapitalı 70 mln. 393 min manat təşkil edib. 71D
-
- Cəmiyyət
- 2 Fevral 2017 15:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz