Bərk məişət tullantılarının yandırılması zavodu gücünün 75%-i qədər işləyir
“Təmiz Şəhər” ASC-nin Bərk məişət tullantılarının yandırılması zavodu 2016-cı ildə istehsal gücünün 75%-i qədər işləyib. Bunun səbəbi açıqlanmır.
Zavodda 467 139 ton məişət tullantılarının yandırılması nəticəsində 174 mln 490 min kV/saat elektrik enerjisi istehsal edilib. İstifadə edilən tullantıların həcmi 7,7%, istehsal edilən elektrik enerjisinin həcmi 4,1% azalıb.
Dövlət elektrik şəbəkəsinə 145,7 mln kV/saat elektrik enerjisi verilib. Bu, 2015-ci ildəkindən 5,1% azdır. Zavodun daxili ehtiyacı üçün 2015-ci ildəki qədər - 28,8 mln kV/saat elektrik enerjisindən istifadə edilib.
Mərkəzi elektrik şəbəkəsinə yüksək gərginlikli xətlərlə elektrik enerjisinin ötürülməsi üçün "Azərenerji" ASC-yə ödənilmiş tranzit haqqı (ƏDV-siz) 246 min 962 manat olub. Əməliyyat xidmətlərinə görə operatora ödənilmiş xidmət haqqı 63,5 min manat təşkil edib. Satılmış elektrik enerjisinə görə “Azərişıq” ASC “Təmiz Şəhər” ASC-yə 5 384 076,29 manat (ƏDV-siz) ödəyib.
Fransada alınan zavod 2009-2012-ci illərdə tikilib və 2012-ci ilin dekabrında istismara verilib. O, 365 mln avroya başa gəlib. Vəsaitin bir hissəsi İslam İnkişaf Bankından alınıb.
Zavodun layihə gücü 500 min ton məişət tullantısı və 231,5 mln kV/saat elektrik enerjisidir. 08D
-
- İqtisadiyyat
- 2 Fevral 2017 15:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz