«AFB Bank»ın aktivləri 4,8% azalıb
«AFB Bank»ın aktivləri 2016-cı ilin III rübündə ilin əvvəlinə nisbətən 14 mln 891 min manat (4,8%) azalaraq 293 mln 839 min manat olub.
Turan-ın məlumatına görə, bankın öhdəlikləri 10,5% (24 mln 450 min manat) azalaraq 207 mln 914 min manat təşkil edib.
Üç rübdə bankın öhdəlikləri 99 mln 406 min manatdır. Depozitlərin strukturunda hüquqi şəxslərin tələb edilənədək depozitləri 77 mln 543 min manat, müddətli depozitləri 876 mln 76 min manatdır.
Fiziki şəxslərin tələb edilənədək depozitləri 16 mln 69 min manat, müddətli depozitləri 4 mln 916 min manatdır.
Bankın kapitalı 9 ayda 12,5% (9 mln 559 min manat) artaraq 85 mln 925 min manata çatıb.
З«AFB Bank»ın xalis mənfəəti 4 mln 341 min manatdır. 71D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz