![AFBBank depozitlərinin üçdə birindən azı əhalinin əmanətləridir](https://turan.az/resized/./turan-750-500-resize.webp)
AFBBank depozitlərinin üçdə birindən azı əhalinin əmanətləridir
İlin I rübünün sonunda «AFBBank»da depozitlərin həcmi 74 mln 710,3 min manat olub. Bunun üçdə biri (22 mln 943 min) əhalinin əmanətləridir. Bu, bankın korporativ struktur olduğunu göstərir.
Bankın aktivləri apreli 1-i üçün 293 mln 187 min manat (mənfi 0,3%), kredit portfeli 208 mln 177 min manat (+3,1%), öhdəlikləri 214 mln 139 min manat (mənfi 2%) olub.
Rübün sonunda xüsusi kapital 79 mln 47,3 min manat (+3,1%), nizamnamə kapitalı 70 mln 393,46 min manat təşkil edib.
Bankın xalis mənfəəti 2 mln 270 min manat oub.
«AFBBank» ASC (əvvəllər «Azfinansbank») bank lisenziyasını 28 noyabr 2008-ci ildə alıb. Səhmdarları «Gilan» MMC (99,2%) və 2 fiziki şəxsdir. --17D—
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 194
Rəy yaz