AGBank-da dörddə bir artım
Bu ilin yanvar-sentyabrında "AGBank" ASC-nin aktivləri 25,6% artaraq 435,29 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 26% artaraq 314,44 mln manat olub.
Bankın ümumi öhdəlikləri 299,53 mln-dan 383,44 mln manata artıb. Depozit portfeli 13,8% genişlənərək 250,86 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 15,2% artaraq 179,72 mln manat olub.
Balans kapitalı 10,7% artaraq 51,86 mln manat, məcmu kapital 19,5% artaraq 50,92 mln manat olub. Ödənilmiş nizamnamə fondu 25 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri 42,77 mln manat, xərcləri 36,62 mln manat olub. Onlar 2012-ci ilin eyni dövrü ilə müqayisədə 22,6% və 26% artıb. Vergi ödəniləndən sonra xalis mənfəət 0,6% artaraq 3,41 mln manat olub. --15B--
-
- İqtisadiyyat
- 1 Noyabr 2013 16:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz