Deka Bank-ın kapitallaşması 95,7% artıb
"Deka Bank" ASC 2013-cü ilin 3 rübünün yekununda vergi ödəniləndən sonra 2,78 mln manat xalis mənfəət əldə edib. Bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 21,4% çoxdur. Bankın gəlirləri 0,2% artaraq 5,1 mln manat, xərcləri 17,3% azalaraq 2,28 mln manat olub.
Aktivlər bu dövrdə 8,8% artaraq 64,54 mln manata çatıb. Verilən kredit həcmi 1,8% artımla 52,17 mln manat olub.
Bankın ümumi öhdəlikləri 41,74 mln-dan 32,65 mln manata azalıb. Depozit portfeli 60,3% azalaraq 7,52 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 57,3% azalaraq 6,69 mln manat olub.
Balans kapitalı 31,89 mln manata çatıb. Məcmu kapital 95,7% artaraq 27,61 mln manat, ödənilmiş nizamnamə fondu 78,4% artaraq 23,99 mln manat olub. --15B--
-
- İqtisadiyyat
- 1 Noyabr 2013 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz