Sığortaçıların aylıq hesabatı 10 gün ərzində təqdim etməsi «Sığorta fəaliyyəti haqqında» qanunda əksini tapıb
Sığorta fəaliyyəti haqqında» qanunda sığortaçıların aylıq maliyyə hesabatı anlayışı dəqiqləşib. Əgər əvvəllər sığorta, təkrarsığorta və ya vasitəçilər illik hesabatı Dövlət Sığorta Nəzarəti Xidmətinə 90 təqvim günü, aylıq və rüblük hesabatı 20 günə təqdim etməli idisə, indi vəziyyət dəyişib.
Maliyyə Nazirliyi 2011-ci ilin dekabrında normativ akt qəbul edib. Ona əsasən, rüblük hesabat 20, aylıq 10 günə verilməlidir. Artıq bu müddəa «Sığorta fəaliyyəti haqqında» qanunun 78-ci maddəsinin 3-cü bəndi əsasında qanunvericilik aktıdır. --17D—
-
- İqtisadiyyat
- 1 Noyabr 2013 16:21
-
- Siyasət
- 1 Noyabr 2013 16:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz