AGBank xalis mənfəəti 92% artırıb
"AGBank" ASC 2013-cü ilin I rübündə vergi ödəniləndən sonra 961 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründəkindən 92% çoxdur. Bankın gəlirləri 12,79 mln manat, xərcləri 11,23 mln manat olub. Onlar 14,3% və 16,7% artıb.
Yanvar-martda aktivlər 7,9% artaraq 373,77 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 8,9% artaraq 272,15 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 299 mln-dan 325,24 mln manata artıb. Depozit portfeli 0,3% genişlənərək 221,01 mln manat, müddətli müştəri əmanətləri 4,9% azalaraq 148,31mln manat olub.
Balans kapitalı 3,4% artaraq 48,53 mln manat, məcmu kapital 2,8% artaraq 43,89 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 25 mln manat səviyyəsində qalıb. --15B--
-
- Analitika
- 1 May 2013 16:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz