Ahıllar üçün proqram hazırlanır
1 Oktyabr - Beynəlxalq Ahıllar günüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın (2014-2020-ci illər) layihəsi hazırlanır.
Rəsmi statistikaya görə, ölkədə 400 min ahıl (yaşı 70-dən çox olan şəxs) var.
Azərbaycanda əmək pensiyasının baza hissəsi 105 manat, orta pensiya 183 manatdır. 2014-cü ildə ehtiyac meyarı 100 manat, yaşayış minimumu 125 manat, əmək qabiliyyətli əhali üçün 136, pensiyaçılar üçün 103, uşaqlar üçün 103 manatdır.
Nazirliyin məlumatına görə, layihənin hazırlanması zamanı BMT-nin Beynəlxalq Madrid Fəaliyyət Planının və Yaşlaşma Problemləri üzrə Vyana nazirlər konfransının prinsipləri, ahılların layiqli həyat tərzi keçirmələri üçün əlverişli şəraitin yaradılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və s. məsələlər diqqətdə saxlanılır. --17D—
-
- Siyasət
- 1 Oktyabr 2014 14:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz