AİB maliyyə bazarlarının sağlamlaşdırılmasına dəstək verəcək
Asiya İnkişaf Bankı Azərbaycanda maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazırdır. Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının üzvləri ilə iyunun 13-də Bakıda keçirilən görüşdə bankın İcraçı direktoru Metyu Foks deyib.
MBNP-nin mətbuat xidmətində Turan-a bildiriblər ki, AİB-in nümayəndə heyətilə MBNP ilə AİB arasında əməkdaşlıq çərçivəsində atılacaq addımların müəyyən edilməsinə dair müzakirələr aparılıb.
Metyu Foks Azərbaycanda aparılan islahatlar və maliyyə sektorunun dayaqlığının təmin edilməsi sahəsində atılan addımları dəstəklədiyini deyib. 08D
-
- İqtisadiyyat
- 13 İyun 2016 11:54
-
- Cəmiyyət
- 13 İyun 2016 12:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz