AİB «Şahdəniz-2» yatağının işlənməsi üçün investisiya planı tərtib edəcək
Asiya İnkişaf Bankı (AİB) «Şahdəniz-2» yatağının işlənməsi və “Cənub qaz dəhlizi” layihəsi üçün Azərbaycan veriləcək kreditin müddətini dəqiqləşdirməkdən imtina edib.
Əvvəllər bu məsələnin müddəti Direktorlar Şurası tərəfindən təsdiq edilmiş, amma sonuncu dəfə 22 avqustdan 27 sentyabra təxirə salınmışdı. Bankın saytında verilən məlumata görə, söhbət $1,505 mlrd çoxtranşlı məbləğdən gedir. Amma bank «Şahdəniz-2» yatağının tammiqyaslı işlənməsi üçün investisiya planı tərtib edəcək. Bu zaman hasilat hesabına gəlirlərin artırılması, qazın emalı və ixracı, əhalinin məşğulluğuna xüsusi diqqət ayrılacaq.
Plana əsasən, bank layihənin qiymətinin 16,67%-i qədər kredit qarantiyası verəcək. --17D—
-
- Siyasət
- 8 İyun 2016 14:14
-
- İqtisadiyyat
- 8 İyun 2016 14:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz