AMB əmlakını yenidən sığorta etdirir
Mərkəzi Bank əsas vəsaitlərin, nağd pul və avtonəqliyyat vasitələrinin 1 il müddətinə sığortalanması üzrə tender elan edib.
Bankdan verilən məlumata görə, iddiaçılar ötən il və bu ilin I rübü üzrə auditlə təsdiq edilmiş maliyyə hesabatı, son ildə xüsusi kapitalının 5 mln manatdan az olmaması barədə maliyyə vəziyyətinə dair arayış təqdim etməlidirlər.
Məqbul qiymət, sığorta şərtləti təklif edilən şirkətlər qalib gələcək.
Sənədlər 26 iyula kimi təqdim edilməlidir, qalib növbəti gün elan ediləcək. İştirak üçün 200 manat dövlət rüsumu da ödənilməlidir.
Xatırladaq ki, son tenderin qalibi «PASHA Sigorta» şirkəti olub. --17D—
-
- İqtisadiyyat
- 8 İyun 2016 14:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz