AİF sıralarını genişləndirir
Azərbaycan İpoteka Fondu (AİF) ipoteka agentləri cəlb etməkdə davam edir.
AİF-in məlumatına əsasən, "Yapi Kredi Banki" ASC mərkəzləşdirilmiş ipoteka kreditləşməsinin üzvü olub.
İlk dəfə mərkəzləşdirilmiş ipoteka kreditləşməsinə 2006-cı ilin martında başlanılıb. Təkrar maliyyələşmə üçün vəsait olmadığına görə 2007-ci ildə o dondurulub. İki il sonra kreditləşmə bərpa edilib. 2006-cı ildən AİF xətti ilə 490,38 mln manat kredit verilib. 2013-cü ilin 7 ayında agent banklar 73,69 mln manat kredit veriblər.
Dövlət təkcə sosial ipotekaya yardım edir. Bunun üçün hər il 20 mln büdcə vəsaiti ayrılır. Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir.
2009-2012-ci illərdə Fond 55 mln və 75 mln, 60 mln, 20 mln və 30 mln manat olan 5 emissiya yerləşdirib. Ötən ilin dekabrında Fondun 40 mln fazli ənədsiz, təminatlı, adlı istiqrazları qeydiyyata alınıb. Fond bu emissiyadan 34 mln manat yerləşdirib.
Hazırda AİF-in agentləri 28 bank, 21 sığorta və 11 qiymətləndirmə şirkətidir.
--15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz