AİF son emissiyadan yeddinci istiqraz yerləşdirməsini başa çatdırıb
Azərbaycan İpoteka Fondu (AİF) hərracda 5 mln manatlıq istiqraz yerləşdirib.
Bu, səkkizinci emissiya çərçivəsində yeddinci istiqraz yerləşdirməsidir. Sifariş həcmi 6 mln 40 min manat olub. İstiqrazların hamısı yerləşdirilib.
AİF-in məlumatına görə, hərracda iki investor iştirak edib. Bu günədək səkkizinci emissiya çərçivəsində 35 mln manatlıq istiqrazlar yerləşdirilib.
QKDK 2014-cü ilin yanvarında AİF-in 40 mln manat məbləğində istiqraz emissiyasını qeydiyyata alıb. İstiqrazların nominalı 1 min manat, dövriyyə müddəti 3600 gün, dərəcə illik 3%-dir.
Fiazlər 180 gündə bir ödənilir.
2009-2013-cu illərdə 7 emissiya ilə 300 mln manat yerləşdirilib.
İlk dəfə mərkəzləşdirilmiş ipoteka kreditləşməsinə 2006-cı ilin martında başlanılıb. Təkrar maliyyələşmə üçün vəsait olmadığına görə 2007-ci ildə o dondurulub. İki il sonra kreditləşmə bərpa edilib. Bərpadan sonra dövlət təkcə sosial ipotekaya yardım edir. Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir. AİF-in agentləri 28 bankdır. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. --17D—
-
- Siyasət
- 5 İyun 2014 12:40
-
- İqtisadiyyat
- 5 İyun 2014 12:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz