AÇG nefti Neft Fonduna mədaxilin 97%- təmin edib
Ötən il Dövlət Neft Fondunun Azəri-Çıraq-Günəşli yatağından çıxarılan mənfəət neftindən mədaxili $16 mlrd 261,2 mln olub.
ARDNF-nin illik hesabatında bildirilir ki, neft və qaz satışından maliyyə artımı 13 mlrd 108 mln manatıdr ($16 mlrd 707,7 mln). Bunun 96,7%-i və ya $16 mlrd 261,2 mln 160,8 mln barrel mənfəət neftinin satışındandır.
“Şahdəniz” qazının satışından mədaxil $383,8 mln olub.
Başqa opreratorlardan gəlir az olub. Balaxanı-Sabunçu-Ramana yatağından mədaxil 15 mln manat, Suraxanıdan 13,8 mln manat, Zığ-Hövsandan 11,6 mln manat, Binəqədidən 9,8 mln manat, Kürovdağdan 9,6 mln manat, Qum dəniz və Bahardan 1,7 mln manat, Neftçala-Xıllıdan 1,2 mln manat olub.
“Əsrin müqaviləsi” 20 sentyabr 1994-cü ildə imzalanıb..
Operatorlar BP (35,78%), Chevron (11,27%) və ExxonMobildir (8%). Ardnş (11,65%), InpexCorp. (10,96%), ITOCHUOil (4,3%), Statoil (8,56%), TPAO (6,75%) ONGC (2,72%) paya malikdir.
“Çıraq”dan neft 1997-ci, “Mərkəzi Azəri”dən 13 fevral 2005-ci, “Qərbi Azəri”dən 30 dekabr 2005-ci, “Şərqi Azəri”dən 21 oktyabr 2006-cı, “Dərinsulu Günəşli”dən 2008-ci ildən çıxarılır. --17D—
-
- Siyasət
- 5 İyun 2014 12:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz