AIF son istiqraz emissiyasının dörddə birini yerləşdirib
14 oktyabr 2013-cü ildə Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) 5 mln manat həcmində faizli sənədsiz, təminatsız, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac olub.
On illik kağızlar satışa 100% qiymətlə qoyulub. Təqdim edilən həcmin hamısı yerləşdirilib. Fondun 20 mln manatlıq adlı istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2013-cü ilin sentyabrında qeydiyyata alınıb. İstiqrazların nominal qiyməti 1 000 manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 23 avqust 2023-cü ildir. Bu satışa çıxarılan ilk partiyadır.
2009-2012-cu illərdə Fond 55 mln, 75 mln və 60 mln, 20 mln, 30 mln və 40 mln manatlıq emissiyalar yerləşdirib. --15D--
-
- İqtisadiyyat
- 14 Oktyabr 2013 15:39
-
- Cəmiyyət
- 14 Oktyabr 2013 16:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz