Almanlar QKDK əməkdaşlarına investisiya şirkətlərinə nəzarət etməyi öyrədib
Qanunvericilik bazası olsa da, Azərbaycanda investisiya şirkətləri yoxdur. Amma 7-11 oktyabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) və Bakı Fond Birjasının əməkdaşları investisiya şirkətlərinin lisenziyalaşdırlması və onların kapital adekvatlığına nəzarət edilməsi mövzularında təlimlərdə iştirak üçün Almaniya Federativ Respublikasına səfər ediblər.
QKDK ictimaiyyətlə əlaqələr sektorunda Turan-a bildiriblər ki, təlimləri Almaniyanın maliyyə nəzarət orqanı Bundesanstalt für Finanzdienstleistungsaufsicht-da (BaFin) keçirilib. Polşa Maliyyə Nəzarəti Agentliyi və BaFin tərəfindən birgə həyata keçirilən “Tvinninq” layihəsinin məqsədi Azərbaycanda qiymətli kağızlar bazarının institusional, hüquqi və tənzimləyici çərçivəsinin Avropa İttifaqında mövcud olan standartlara uyğunlaşdırılması, habelə bazar iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsindən ibarətdir.
«İnvestisiya layihələri haqqında» qanun 2010-cu ilin dekabrında qəbul edilib və investisiya fondlarının kapitalına minimal tələb 500 min manatdır. 08D
-
- Siyasət
- 14 Oktyabr 2013 15:32
-
- İqtisadiyyat
- 14 Oktyabr 2013 16:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz