«Alfa Sığorta»da rəhbərlik yenə dəyişilib
«Alfa Sığorta»da rəhbərlik yenə dəyişilib. Son iki ildə Direktorlar Şurasının üçüncü sədri dəyişir.
Elşad Əliyevin bu vəzifəyə təyin edilməsi maliyyəçilər üçün gözlənilməz olmayıb. Son vaxtlar «TexnikaBank»ın yenidən strukturlaşdırılması və canlanması üçün onun rəhbərliyinə ABB-nin təmsilçiləri daxil olur. Əliyev son vaxtlara qədər Beynəlxalq Sığorta Şirkətində sədr müavini olub.
Əliyevdən başqa «Alfa Sığorta»ya BSŞ-dən daha bir neçə nəfər ezam edilib. Fakt təəccüblü olmasa da, proses təəccüblüdür. “Alfa Sığorta” Maliyyə Nazirliyinin kapitallaşma, regionlarda filiallar yaradılması barədə tələblərinə cavab verir və AXA MBASK, AtaSığorta, Atəşgah Sığorta, AzərSığorta, AzSığorta, Xalq Sığorta, Paşa Sığorta, Standard Insurance, Meqa Sığorta, İpək Yolu Sığorta və Azərbaycan Sənaye Sığorta ilə birgə İcbari Sığorta Bürosunun üzvüdür. Amma bu ilin iyulunda «maliyyə intizamını pozduğu üçün» Maliyyə Nazirliyi onun AVSMMİS xidməti hüququnu alıb.
«Alfa Sığorta» şirkəti 1997-ci ildə təsis edilib. Şirkət 25 sığorta növü üzrə xidmət göstərir. 2008-ci ilin fevralında müddətsiz lisenziya alıb. Yeganə təsisçisi və əsas səhmdarı «Texnikabank»dır.
Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, ötən il şirkətin mükafatları 3 mln 673,95 min manat, ödənişləri 697,12 min manat olub.
Şirkətin nizamnamə kapitalı 6,75 mln manatdır. --17D—
-
- Siyasət
- 10 Sentyabr 2012 13:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz