«AlfaSigorta»nın aktivləri 0,8% azalıb
2014-cü ildə «AlfaSigorta» şirkətinin aktivləri 0,8% azalaraq 13 mln 129,27 min manat, öhdəlikləri 4% azalaraq 4 mln 980,05 min manat, xüsusi kapitalı 1,3% artaraq 8 mln 149,22 min manat olub. Ötən il şirkətin xalis mənfəəti 106 min manat (inişilkindən 4,8 dəfə artıq) olub.
Şirkəin gəlirləri 6 mln 588,48 min manat təşkil edib. Bunun çoxu (5 mln 198,66 min manat) mükafatlar və investisiya gəlirləridir - 490,52 min manat.
Xərclər 6 mln 482,48 min manat, o cümlədən sığorta ödənişləri 2 mln 43,06 min manat, sığorta işinin aparılması xərcləri 2 mln 730,26 min manat, təkrarsığorta xərcləri 1 mln 400,15 min manat olub.
Banklardakı depozit həcmi 9,7% artaraq 6 mln 640 min manata çatıb.
AlfaSığorta 1997-ci ildən fəaliyyət gösrtərir. Səhmdarı «BankTechnique», nizamnamə kapitalı 7,78 mln manatdır. --17D—
-
- Siyasət
- 17 Mart 2015 14:28
-
- İqtisadiyyat
- 17 Mart 2015 15:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz