Azərbaycanın QK bazarında fəallıq azalıb
Bu ilin iki ayı ərzində Azərbaycanda yerli dövlət və korporativ qiymətli kağızlar bazarının həcmi 527 mln manat təşkil edib. Bu 2014-cü ilin həmin dövrü ilə müqayisədə 16,2% təşkil edir. Bu, aşağı likvidliyi üzündən investorların pay qiymətli kağızlarına marağının itməsi ilə bağlıdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, korporativ qiymətli kağızların dövriyyəsi cəmi 3% azalıb və 474 mln manat təşkil edib. Birja və birjadan kənar səhm bazarı yerləşdirilməsi nəzərə alınmaqla (cəmi 24,8 mln manat) 89% azalıb. QK bazarının korporativ seqmenti kredit təşkilatlarının və İpoteka Fondunun təkrar satışı hesabına dayanıb. İlin əvvəlindən təkrar bazarın payına QK-ın korporativ satışının 92% düşüb.
Bu il dövlət QK-ın satışının həcmi (53 mln manat) 2014-cü ilin eyni dövrü ilə müqayisədə cəmi 2% təşkil edir, çünki Mərkəzi Bankın notları üzrə repo əməliyyatlar tamamılə dayandırılıb.
Qiymətli kağızlar bazarında fəallığın azalması peşəkar iştirakçıların gəlirlərinin azalmasına gətirib çıxarır. Bir çox investorlar bu bazara maraq göstərmir, çünki o, müdafiə olunmur və iqtisadiyyatın neqativ proseslərinə daha çox həssasdır. 08D
-
- İqtisadiyyat
- 17 Mart 2015 15:21
-
- Siyasət
- 17 Mart 2015 16:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz