- Söz istəyirəm
- 6 Fevral 2025, 10:58
- 264
37-də olduğu kimi gecə həbsləri
Londona yeni gəldiyimdən vaxt dəyişiliyinə görə yuxum pozulub. Gecə oyanmışdım. Bir qayda olaraq telefonu söndürürəm. Bakı ilə 4 saat zaman fərqi var. Erkən zənglər olur. Sankı ürəyimə dammışdı. Ötən gecə telefonu açıq qoymuşdum. Gecə yarısı yarımyuxulu fb-yə baxanda Şəmşad Ağanın şəklini gördüm.
İndi 37-də olduğu kimi gecələr həbslər həyata keçirirlər. Saat 2-də adamın evinə basqın ediblər. Elə bir qaçaq-quldur, uzun müddət axtarışda olan canini yaxalayıblar. Guya adam kimi polis orqanlarına çağırsaydılar gəlməyəcəkdi.
Şəmşad Ağa tanıdığım illərdən bəri ehtiyac içərisində yaşayan bir qələm əhlidir. Axtarmalı evləri axtarmırlar, ehtiyac içərisində yaşayan bir jurnalistin evini axtarırlar.
Abzasçılar, Toplumçular, Meydançılar tutulandan sonra gecə-gündüz işləyirdi, çalışırdı. Həm mətbuat üçün, həm də həbsdə olan qələm dostları üçün. Həbs edilən jurnalistlərin müdafiəsi üçün fədakarlıq edirdi. Onların içərisində öz yetirmələri də vardı. Həbs olunacağını da göz altına almışdı. Amma peşəsinə və dostlarına, ilk öncə isə vicdanına münasibətdə Ağayana hərəkət etdi.
Meydançılar tutulandan sonra Natiq Cavadlı haqqında bir yazı yazmışdım. Yazını oxuyandan sonra mənə zəng etmişdi. Dedi məni tutsalar, mənim haqqımda da belə bir yazı yazarsan. Bilmədim nə deyim. Bu yazı üçün birgə şəklimiz axtardım fb-dən. Gördüm hesabı ələ keçrildiyi üçün birgə şəklimizi də həbs ediblər.
Londonun küçələrin fırlana-fırlana, metroda, avtobusda, işdə Şəmşad Ağanı fikrləşirdim. Yeni məlumat almaq üçün tez-tez sosial mediyaya baxırdım. Birdən qarşıma Şahnaz Bəylərqızının şəkli çıxdı. Əvvəl gözlərimə inanmadım və gözlüyümü taxıb yenidən xəbəri oxudum. Azərbaycan mətbuatının aydan-arı, sudan-duru, kübar, son dərəcə mütəvazi, xanım-xatun bir qələm sahibini də həbs etdilər.
Əgər Şahnaz xanım kimi təmiz, vicdanlı bir adam həbs edilirsə, gərək bir sərəncam verib bu ölkəni özü böyda həbsxana elan etsinlər.
Rəy yaz
-
- Maliyyə
- 6 Fevral 2025 10:25
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
1 rəy
Ceyhun Ramizoğlu
2025-02-06
Daha ölkəni həbsxanaya çeviriblər də, daha həbsxana necə olur?!