Alternativ hesablama 6,5% inflyasiya aşkarlayıb
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2012-ci ilin avqust ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Müşahidələrin nəticələrinə görə, avqust ayında Azərbaycanda 1,06 faiz inflyasiya qeydə alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 6,53 faiz bahalaşma qeydə alınıb. Dövlətstatkom isə 1,7% inflyasiya olduğunu bildirir.
İTM-ə görə, avqustda ərzaq məhsullarının qiyməti 1,73 faiz artıb. Qeyri-ərzaq məhsulları 0,40 faiz, xidmət tarifləri isə 0,13 faiz bahalaşıb.
Bakıda qiymətlər 1,74 faiz, regionlarda isə 0,39 faiz bahalaşıb.
İllik hesablamada ərzaq məhsulları 10,40 faiz bahalanıb, qeyri-ərzaq məhsullarında 0,13 faiz ucuzlaşma, xidmətlərdə isə 5,27 faiz artım baş verib.
Qiymətlərin alternativ hesablanması Azərbaycanın 10 regionunda həyata keçirilir. --08D--
-
- İqtisadiyyat
- 18 Sentyabr 2012 15:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz