Unibank neftçilərə güzəştli kredit verir
«Unibank» peşə bayramı ilə bağlı neftçilərə güzəştli kredit verir. Sentyabrın 15-dən noyabrın 30-a kimi bank bütün neftçilərə güzəştli şərtlərlə kredit verməyə hazırdır.
Bankın məlumatında deyilir ki, kreditlər üzrə faiz dərəcəsi 2 % azaldılıb. Bundan başqa, kreditlər onlara yalnız iş vəsiqələri əsasında zaminsiz 30 aylıq müddətə qədər təqdim olunur. Aksiya çərçivəsində neftçilərə xidməti vəsiqələr əsasında ayrılan kreditlərin məbləği 1500 manatadək, iş arayışı təqdim edənlər üçün isə bu rəqəm 5 000 manata qədər artırıla bilər.
Bank tərəfindən minimal əmək haqqı üzrə və iş stajına dair tələb irəli sürülmür. Hətta digər banklar qarşısında borc öhdəlikləri olan müştərilərə kredit verilməsi mümkündür. Müddəti 30 ay olan nağd kreditlər üzrə isə müştərilərə isə ilk altı ay ərzində yalnlz faizlərin ödənilməsi imkanı verilir. Aksiya zamanı neft sektorunun işçiləri “Unibank”-dan 500 manat dəyərində pulsuz “Albalı” taksit-kartlarını da əldə edə bilərlər. --15D--
-
- İqtisadiyyat
- 18 Sentyabr 2012 15:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz