Bu il Bank Respublika yerinə yetirilməsi nəzərdə tutulan əsas vəzifələrini - bankın fəaliyyətinin genişləndirilməsi və rentabelliyin artırılması - uğurla davam etdirir.
Bankdan verilən məlumata görə, 1 sentyabr 2012-ci il tarixinə olan maliyyə göstəriciləri aşağıdakı kimidir. Bank yenidən ölkənin aparıcı maliyyə təşkilatları sırasında öz mövqelərini qoruyur. Məcmu kapital 60 282 482 AZN-a çatdırılıb. Aktivlər 400 431 025 AZN təşkil edir ki, bu da 2011-ci ilin yekunları ilə müqayisədə (312 992 504 AZN) 27,9% çoxdur.
2012-ci ilin ilk 8 ayına Bank Respublika aktivlərinin strukturu aşağıdakı kimidir:
kredit portfeli – 55,1%; maliyyə qurumlarından alınacaq vəsaitlər – 4,4%; pul vəsaitləri və onların ekvivalentləri – 28,5%; digər aktivlər – 12%.
Bu ilin aprel ayında Bankın səhmdarlarına 2011-ci il üçün dividendlər ödənildi. Dividendlərin ödənilməsinə yönəldilən vəsaitin həcmi 6 900 000 manat təşkil edib.
Göstərilən müddət ərzində Bankın kredit portfeli 27,6% artıb və 2011-ci ilin nəticələrinə görə 173 146 647 AZN-lə müqayisədə 220 859 845 AZN təşkil edib.
Müştəri vəsaitinin ümumi məbləği 216 219 346 AZN-ə çatdırılıb. İlin əvvəlindən vəsaitlərin həcmi 34,0% artıb.
Bank Respublikanın faiz gəlirləri 21 038 822 AZN, qeyri-faiz gəlirləri 9 552 170 AZN təşkil edib. Bankın vergilər ödənilənədək mənfəəti 9 055 746 AZN olub. Göstərilən müddət ərzində aktivlərin mənfəətliliyi (ROA) 4,07%, kapitalın mənfəətliliyi (ROE ) isə 25,6% təşkil edib.
Hazırda Bank Respublikanın strateji məqsədi 2012-ci ilin sonunadək kiçik və orta sahibkarlığın maliyyəşdirilməsi portfelinin artırılmasıdır. --15D--
Rəy yaz